Koronavirus kişilərdə sonsuzluq yaradır?backend

Koronavirus kişilərdə sonsuzluq yaradır?

Koronavirus keçirmiş kişilərdə sonsuzluğun inkişafı istisna edilmir.

Hokm.az Modern.az-a  istinadən məlumat verir ki, rusiyalı alimlər israilli mütəxəssislərin COVID-19-dan sağalmış kişilərdə reproduktiv funksiyanı zəiflədə biləcəyinə dair nəticələrini şərh edərkən belə deyiblər.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının müdiri Qalina Kojevnikova virusun bu cür təsirinin tamamilə mümkünlüyünü, bununla belə daha uzun müddət araşdırma lazım olduğunu bildirib.

Eyni zamanda, Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Sağlamlıq İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç də koronavirusun reproduktiv funksiyaya təsir edə biləcəyini söyləyib. O bunu virusun bədənin tənzimləmə sistemlərinə təsiri ilə izah edib.

“Respirator distress-sindromun bir neçə yan təsiri var, bunlardan biri də reproduktiv funksiyanın pozulmasıdır”, – deyə o bildirib.

Eyni zamanda, Popoviç bunun təcrübə və araşdırmalarla dəstəklənməsi lazım olduğunu da vurğulayıb.

Qeyd edək ki, israilli alimləri bəzi xəstələrdə spermatozoidi inkişaf etdirən testikulların hüceyrələrində dəyişiklikləri aşkar ediblər. Aparıcı alim Dan Aderk virusun təsiri nəticəsində ACE2 reseptorunun testikulyar hüceyrələri məhv etdiyini, nəticədə sonsuzluq yarandığını bildirib.

  •  (0)
  •  (0)