Koronavirus heyvanlar aləminə də sıçradı – Qorxunc GƏLİŞMƏbackend

Koronavirus heyvanlar aləminə də sıçradı – Qorxunc GƏLİŞMƏ

ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki zooparkda 13 qorillanın koronavirusa yoluxduğu açıqlanıb.

Hokm.az teleqraf.com-a istinadən xəbər verir ki, zooparkdakı ən yaşlı qorilla olan 60 yaşlı Ozzi adlı meymun koronavirusa yoluxanlar arasındadır.

Zoopark rəhbərliyi qorillaların öskürdüyünü, qrip olduqlarını və iştahlarının azaldığını bildirib.

Açıqlamada qorillaların müalicə olunduğu deyilib. Zoopark işçilərinin hamısının tam peyvənd edildiyi, qoruyucu vasitələr taxdıqları vurğulanan açıqlamada heç bir simptom göstərməyən bir işçinin virusu qorillalara ötürdüyünün ehtimal olunduğu qeyd edilib.

  •  (0)
  •  (0)