“Koronavirus başqa xəstəliklərə də yol açır” – HƏKİMbackend

“Koronavirus başqa xəstəliklərə də yol açır” – HƏKİM

Ötən ilin fevral ayında Azərbaycanda da yayılmağa başlayan koronavirus pandemiyası artıq həyatımızın qorxulu yuxusuna çevrilib. Bəşəriyyət hər nə qədər inkişaf etsə də, bəzən bu tip virusların qarşısında aciz qalır. Maraqlıdır, koronavirus yoluxdurduğu insanda başqa xəstəliklərə də yol açırmı?

Həkim-radioloq Aydın Əliyevmövzu ilə bağlı Modern.az- aaçıqlama verib.Obu xəstəlikdə bir neçə variant olduğunu qeyd edib:

“Virusa yoluxan insanların başqa xəstəlikləri olduğu zaman həmin xəstəliklərin aktivləşməsi müşahidə edilə bilər. İnsanların koronavirusu necə keçirməyindən də asılıdır. Xəstəliyi yüngül keçirən insanlarda fəsadlar demək olar ki, yaranmır, amma orta-ağır və ya tam-ağır keçirənlərdə insult, beyin damarlarında tromboz yarana bilir.
Koronavirus başqa xəstəliklərə də yol açır.Virus bir ildir ki, var və bunlar əldə olunan yaxın nəticələrdir. Bundan sonrakı həyatımızda hansı xəstəliklərə yol açacağı araşdırılır”.

  •  (0)
  •  (0)