Könül Nurullayeva əhalini qayğılandıran məsələlərlə maraqlandı – Fotolarbackend

Könül Nurullayeva əhalini qayğılandıran məsələlərlə maraqlandı – Fotolar

Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Belə ki, Milli Məclisin deputatı qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Nəzərinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında avtobus dayanacağının yaşayış evlərindən uzaqda yerləşməsinin Keşlə sakinləri üçün yaratdığı çətinliklər, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, özünüməşğulluq proqramı çərçivəsində Vətən müharibəsi qazisinin və əlilliyi olan vətəndaşımızın lazımi avadanlıqlarla təmin olunması, ixtiraçının patent almaqla bağlı üzləşdiyi problem və s. bu kimi məsələlər başlıca yer almışdır.

Millət vəkilinin qərargahından verilən məlumata görə, vətəndaşların qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

  •  (0)
  •  (0)