Konstitusiya Məhkəməsinə məxsus avtomobilin sürücüsü “protiv” gedir – VİDEOFAKTbackend

Konstitusiya Məhkəməsinə məxsus avtomobilin sürücüsü “protiv” gedir – VİDEOFAKT

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.

Hokm.az xəbər verir ki, bu barədə “mediapost”a oxuculardan biri məlumat verib.

Belə ki, 10 AS 008 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Binəqədi yolunda əks istiqamətdə hərəkət edərək təhlükə yaradır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə sürücü 100 manat məbləğində və 4 bal cərimə olunmalıdır.

Məlumata görə, avtomobil Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə məxsusdur.

Videonu təqdim edirik:

  •  (2)
  •  (0)