Konstantin Kosaçev: “Ermənistan razılaşmanın öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir”backend

Konstantin Kosaçev: “Ermənistan razılaşmanın öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir”

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə zonasındakı missiyası yalnız o zaman təsirli olacaq ki, Ermənistan da Azərbaycan kimi, öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirəcək.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Konstantin Kosaçev çıxış edib.

“Dayanmaq və Rusiya sülhməramlılarının xidmətlərindən istifadə etmək üçün Azərbaycanın razılığı var, Ermənistanın hər halda birinci şəxslərinin də razılığı var. Bugünkü vəziyyətdə əsasən, biz hələ əmin olmalıyıq ki, bu razılıq heç olmasa nisbi ictimai razılıq, ictimai konsensusla müşayiət olunur. Ermənistan nümayiş etdirməlidir ki, Azərbaycan kimi, bu üçtərəfli razılaşma çərçivəsində öhdəlik yerinə yetirməyə hazırdır. Yalnız bundan sonra Rusiya sülhməramlıları təsirli olacaq”, – deyə K.Kosaçev vurğulayıb.

  •  (0)
  •  (0)