Konqres mərkəzində Qarabağ qazilərinin və şəhid ailələrinin gözü qarşısında biabırçılıqbackend

Konqres mərkəzində Qarabağ qazilərinin və şəhid ailələrinin gözü qarşısında biabırçılıq

Dünən Bakı Konqres Mərkəzində aprel müharibəsinin ildönümü ilə bağlı tədbir narazılıqla yadda qalıb.
Hokm.az bildirir ki, şəhid analarının, müharibə qazilərinin iştirak etdiyi tədbirdə film nümayiş etdirilib.
Filmin sonunda isə aktyorlardan biri Qarabağ ermənilərinə xitabən: “Biz sizinlə yaşamaq istəyirik”, “Biz müharibə istəmirik, gəlin yenə əziz qonşular kimi sülh şəraitində yaşayaq”- sözləri ilə müraciəti böyük narazılıq yaradıb.
Maraqlıdır  ki, bu cür vacib tədbirdə bu müraciəti “hazırlamaq” kimin ağlına gəlibmiş.
Hokm.az
  •  (0)
  •  (0)