“Kommersant” Ağdam haqqında: Dağıntının miqyası xüsusilə qorxuya salırbackend

“Kommersant” Ağdam haqqında: Dağıntının miqyası xüsusilə qorxuya salır

RusiyanınKommersant” qəzeti Qarabağ müharibəsindən sonrakı vəziyyət, azad edilmiş ərazilərdə bərpa işləri, ermənilərin işğalı zamanı törətdikləri dağıntıların miqyası barədə məqalə dərc edib:

“Bakıdan Tərtərə maşınla dörd saatdan bir az çox vaxt lazımdır. Bir vaxtlar cəbhə xəttində olan şəhərin mərkəzi küçəsi gözəl və baxımlıdır, lakin demək olar ki, hər bir binanın zirzəmilərində sadə çarpayılar, taxta stullar və məftillərdən asılan elektrik lampaları olan sığınacaqlar var. Yerli administrasiyanın girişində müharibə əsnasında şəhərə düşən raket parçaları toplanıb. Qarabağdan qaçqınlar üçün tikilən evlərdə pəncərə çərçivələri yerindən çıxıb, bəzi yerlərdə mənzillər bütünlüklə dağılıb, başqa bir yerdə divarlarda qəlpə izləri doludur.

Məktəblər də ziyan görüb: mərmilər damları və sinif otaqlarını bütünlüklə dağıdıb. Hökumət artıq təmir işlərinə başlayıb və yerli sakinlər ümid edir ki, bir daha atışma olmayacaq. Onlar çaşqınlıq içindədirlər: şəhərdə heç bir hərbi hədəf olmayıb, erməni qüvvələri yaxınlıqdakı bütün yüksəkliklərə nəzarət edir və haranı vurduqlarını mükəmməl görə bilirdilər, bəs niyə kəndləri vurublar? Artıq cavab verəcək heç kim yoxdur… Məhz burada azərbaycanlılar və ermənilər arasında yaxınlaşan millətlərarası barışığın reallığına inanmaq çətin olur.

Bu inam Qarabağın dağlıq və aran hissələrinin sərhədində yerləşən, bir vaxtlar zəngin olan Ağdam şəhərinə yaxınlaşdıqca tamamilə azalır. Ağdam mənzərəsini bu gün hər şeyə -antiutopiya filmindən mənzərəyə, “Curiosity” marsoxodundan fotoya, Çuryumova-Qerasimenko kometasının görünüşünə, torpaq və daş anbarına bənzətmək olar, ancaq Qarabağın incisi və bütün SSRİ-də məşhur olan portveynin vətəninə yox.

Dağıdılmayan yeganə bina, ermənilərin artilleriya zərbələrinin istiqamətini müəyyənləşdirmək üçün istifadə etdikləri Azərbaycan məscididir. Bəzən dağıntılar arasında Çörək Muzeyində olduğu kimi panel qalıqları və kiril əlifbasında Azərbaycan dilində yazıları görə bilərsiniz.

Birinci Qarabağ müharibəsi zamanı şəhərin ciddi şəkildə zərər görmədiyini və ikinci müharibədə erməni qüvvələri tərəfindən döyüşsüz təslim edildiyini nəzərə alsaq, Ağdamda dağıntının miqyası xüsusilə qorxuya salır. Binalar dağıdılıb, ağaclar məhv edilib, tarlalar yandırılıb”, – deyə məqalədə bildirilir.

  •  (0)
  •  (0)