Fransada komendant saatı tətbiq olunacaq.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, 16 yanvardan etibarən axşam saat 18:00-dan səhər 06:00-a qədər tətbiq olunacaq rejim 2 həftə davam edəcək.
Koronavirusa yoluxmanın sürətlə artması səlahiyyətliləri qabaqlayıcı tədbirlər çərçivəsində bu cür sərt məhdudiyyətlərə məcbur qoyub.
Fransa Baş naziri Jan Kasteks sərhəd nəzarətinin yanvarın 18-dən etibarən sərtləşdiriləcəyini deyib.