Koçaryan virusa yoluxdubackend

Koçaryan virusa yoluxdu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub. Bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Hokm.az yenisabah.az-a istinadən xəbər verir ki, R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər. Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

Koçaryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.

  •  (0)
  •  (0)