Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş – FOTObackend

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş – FOTO

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub.

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.

  •  (0)
  •  (8)