Klintonun qızı terrorçulara dəstək üçün serial çəkirbackend

Klintonun qızı terrorçulara dəstək üçün serial çəkir

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun prodüser qızı Çelsi Klinton terrorçulara dəstək olub.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Suriyanın Kobani şəhərindəki YPG/PKK-lı qadınların həyatından bəhs edən serial lentə alacaq.

Klintonlara məxsus “HiddenLight” şirkəti serialı yazar Qeyl Tsemax Lemmonun İŞİD-ə qarşı savaşan digər terror təşkilatının üzvlərinin “qəhrəmanlıqları”ndan bəhs edən romanından ilhamlanaraq ekranlaşdıracaq.

Kitab “Kobaninin qızları: Üsyan, cəsarət və ədalətin hekayəsi” adlanır.

“Hekayəni dünyanın hər yerindən izləyicilərə təqdim etməkdən daha həyəcanverici bir şey ola bilməz”, – Ç. Klinton qeyd edib.

  •  (0)
  •  (0)