“Kişilərin etirazına əsas yoxdur, belə qanun qəbul olunmayacaq” – Musa Quliyev qalmaqallı sözlərinə aydınlıq gətirdibackend

“Kişilərin etirazına əsas yoxdur, belə qanun qəbul olunmayacaq” – Musa Quliyev qalmaqallı sözlərinə aydınlıq gətirdi

“Bu günkü çıxışım zamanı söylədiyim bir tezis saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi məni sevindirir”.

Hokm.az bildirir ki, bunu deputat Musa Quliyev deyib. O, qadın əməyinə daha yüksək qiymət verməyin cəmiyyətin inkişaf və mədəniyyət göstəricisi olduğunu bir daha vurğulayıb:
“”Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada hər bir dollar kişi əməyinə, yetmiş yeddi sent qadın əməyi qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.  Azərbaycanda qadınların orta əmək haqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8%, səhiyyə və sosial xidmətlər sahəsində 63,9%, təhsil sahəsində isə 79% təşkil edir. Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq, hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, qadınların sayı 225 858 nəfər təşkil edir””.
Millət vəkili deyib ki, “ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidilər”, – deməklə qeyd etdiyi arqumenti qüvvətləndirmək niyyəti güdüb:
“Bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiyməti isə  qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər! O ki, qaldı, kişilərin etirazına, narahatlığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaq”.sfera.az
  •  (0)
  •  (0)