Kişi öz arvadını işləməyə məcbur edə bilərmi?backend

Kişi öz arvadını işləməyə məcbur edə bilərmi?

Nisə 34- cü ayəsində Uca Rəbbimiz belə buyurmaqdadır:

“Kişilər qadınlarına qarşı mühafizəkardır. Bu, Allahın hər birinə digərindən üstün xüsusiyyətlər verməsi və kişilərin mallarından xərcləmələri səbəbiylədir. Yaxşı qadınlar, (Allaha) itaət edən və Allahın qorumasına qarşılıq tənhalıqda özlərini qoruyanlardır…”

Bu ayədən də görürük ki, kişi qadından daha güçlü yaradılmış və kişinin özünə məxsus qadının özünə məxsus işləri vardır. Kişi bu təbiətiylə eyni zamanda öz arvadını qorumaq, keçimini saxlamaq və onun tələbatını ödəməklə mükəlləfdir. Lakin, bu o demək deyildir ki, qadın ona bu kimi işlərində ərinə köməklik göstərməyəcək və əri də onu evdə həps edəcək.

Dinimiz və kitabımız, qadınların hər hansı bir işdə işləməyini qadağan etməz. Qurani Kərimdə Rəbbimiz, Belkisin bir dövləti çox gözəl idarə etdiyini bizə xəbər verir. Bilavasitə qadın, ən kişik işdən tutun ən böyüyünə qədər bütün işlərə layiqdir. Təəssüf ki, ənənə dinin mənsubu olan bəzi din xadimləri bir çox uydurma hədislərə əsaslanaraq, qadınları aşağılamaqda və onların işləməməsinə dair fətvalar çıxarmaqdadırlar.

O cümlədən qadınların hər hansı bir işdə zorla çalışdırılması da qadağan edilmişdir. Nisə surəsinin 19-cu ayəsində “Onlarla gözəl rəftar edin!” buyurulmaqdadır.

Peyğəmbərimizə nisbət edilən bir hədisdə belə buyurulmaqdadır:

“Qadınlar barəsində Allahdan qorxun!

Onların sizin üzərinizdə sizin də onların üzərində haqlarınız vardır.

Onların haqları, marufa/uyğun olana görə yedirməniz, içirməniz və geyindirmənizdir. Onları Allahın əmanəti olaraq aldınız və Allahın bir sözü ilə fərclərini (cinsəlliklərini) özünüzə halal qıldınız.”[1]

Bilavasitə, ənənəvi dinin məzhəblərindən fərqli olaraq dinimiz, bir çox məsələlərdə qadınlara kişilərdən daha çox haq-hüquq və azadlıq vermişdir. İş məsələsində də qadın istəsə ərinin icazəsilə işləyər, istəməsə də işləməz. Əri, onu işə məcbur edə bilməz./Milli.Az

  •  (0)
  •  (0)