Son günlər AMEA-nın prezidenti Ramiz Mehdiyevin adı ətrafında gəzən söz-söhbət hamıda bir maraq oyadıb . Əcəba, bütün bu deyilən və yazılanlar düzdürsə , indiyə qədər niyə heç bir ölçü götürülməyib ? Yəni bu qədər də özbaşınalığa göz yummaq olardımı ? Ramiz Mehdiyevdən bu qədərmi qorxurdular ki , ona “Bəsdir!”, “Saxla!”, “Dayan!”, “Dur!” , “Düş ” deyən olmayıb? Kimdir axı Ramiz Mehdiyev ? Özündən müştəbehin biri… Dövlətdə yüksək vəzifə tutsa da, dövlətçilikdən uzaq , hakimiyyəti yalnız hədə-qorxu , intriqa ilə əldə saxlamağı düşünən ( köhnə sovet rəhbərliyində olanların sevdiyi üsul) , dar düşüncəli və ən əsası da lazımi məqamda susmağı ilə “ağıllı” görkəm almağa çalışsa da , əslində heç bir məsələni həll etməyə qabiliyyəti çatmayan bir adam…
Bu adamın nəinki Azərbaycan elminə, həmçinin ölkə rəhbərliyində işləyərkən dövlət quruculuğuna, yaşadığımız cəmiyyətə vurduğu zərbənin “bəhrə”sini hələ çox görəcəyik …
Bu adamın ən yaxın məsləhətçisi yanında işləyən Əli Həsənov idi . Dövlətin siyasi xəttini Ramiz ( Mehdiyev) yox , Əli ( Həsənov ) həyata keçirirdi . Bir çox ciddi məsələləri Ramiz yox , Əli həll edirdi. Desəm ki , Əli Həsənov ağıl cəhətdən Ramiz Mehdiyevdən üstün idi, yalançı olaram . Əli tutduğu vəzifəsinə “alver mexanizmi” kimi baxırdı .
Bu “keyfiyyətlər” Ramiz Mehdiyevdə yox idi . Bəlkə də bu, bizim millətin xoşbəxtliyindən belə olub . Gör Ramiz Mehdiyev siyasi “alverçi” olsaydı, nə olardı ! Düzdür , qapıb – qamarladığı obyektlər olub, amma şübhə edirəm ki, o da öz ağlına gəlib.
Təkcə “Şərq – Qərb” nəşriyyatının ( hansını ki , qohumlarının adına özəlləşdirmişdi ) xətti ilə büdcəyə bəlkə də 100 milyonlarla zərər vurub. Orada nəşr olunan, mənasız, bir-birini təkrar edən kitabları məcburən icra hakimiyyətlərinə satdırmaq nə demək idi…
Əminəm ki, bu da Əli Həsənovun oyunları idi. Yəni tövsiyə etdiyi , “sən bu işdən ( əməldən ) yaxşı pul qazana bilərsən” məsləhəti..Amma , Əli özü başqa, daha qlobal fırıldaqlarla məşğul olub .
Yazıq Azərbaycan, gör 20 il sənin ideologiyana kimlər rəhbərlik edib !
Fikrimcə, Ramiz Mehdiyevə ərizə yazmağa imkan vermək lazım deyil, onu “işində yarıtmaz hərəkətlərə yol verdiyinə görə” maddəsi ilə ( bilmirəm belə maddə indi mövcuddur ya yox, amma əvvəllər var idi ) işdən çıxarmaq azdır, hələ dalına da bir təpik vurmaq lazımdır!
Rauf Məmmədzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
















