Kıbrıs Türk xalqının varlıq və azadlıq mübarizəsində şəhid olanların xatirəsi anılırbackend

Kıbrıs Türk xalqının varlıq və azadlıq mübarizəsində şəhid olanların xatirəsi anılır

21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar paytaxt Lefkoşa və rayonlarında anma mərasimləri keçiriləcək.

Hokm.az xəbər verir ki, Milli Günləri qeyd etmə Mərkəzi Komitəsindən verilən məlumata görə, anma tədbirləri yerli vaxtla səhər saat 08:00-da “Bayrak” Radio və Televiziyasında Təhlükəsizlik Qüvvələri Komandanlığından Piyada Qərargah polkovnik-leytenantı İbrahim Şekerin çıxışı ilə başlayacaq.

Çıxış saat 18:00-da təkrar olunacaq.

21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar bu gün paytaxt Lefkoşada iki anma mərasimi keçiriləcək.

İlk mərasim saat 09.30-da Lefkoşa Şəhidlər Anıtı önündə, ikinci mərasim isə saat 09.50-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək.

  •  (0)
  •  (0)