“Keşlə”nin sabiq baş məşqçisi 71 yaşında ata oldubackend

“Keşlə”nin sabiq baş məşqçisi 71 yaşında ata oldu

Bakının “İnter” (hazırkı “Keşlə”) klubunun sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 71 yaşı ərəfəsində ata olub.

Hokm.az-ın məlumatına görə, bu barədə ötənlərin tanınmış futbolçusunun özündən iki dəfə kiçik olan həyat yoldaşı Mariya şəxsi “Instagram” səhifəsində paylaşım edib. O, sentyabrın 5-də Saşa adlı qız övladlarının dünyaya gəldiyini yazıb. Konkovun 71 yaşı isə sentyabrın 19-da tamamlanacaq.

Qeyd edək ki, Anatoli Konkov “İnter”də 2004 – 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə “Bakı” komandasına uduzub – 1:2. 2012 – 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub.Report

 

  •  (0)
  •  (0)