“Keşlə” 3 aydır maaş vermir”  – Legionerdən açıqlamabackend

“Keşlə” 3 aydır maaş vermir” – Legionerdən açıqlama

Noyabrın 30-da “Keşlə” ilə müqaviləsinə xitam verildiyi açıqlanan yarımmüdafiəçi Şohrux Qadoyev klubdan əməkhaqqısının ödənilməsini gözləyir.

Hokm.az xəbər verir ki, bu barədə özbəkistanlı futbolçu özü açıqlama verib.

29 yaşlı hücumameyilli oyunçu son 3 ayın maaşını almadığını və bu səbəbdən ölkəsinə yollana bilmədiyini bildirib: “Sonuncu dəfə avqustda maaş almışam. Təkcə mən yox, ümumiyyətlə, “Keşlə”nin bütün futbolçuları 3 aydır pul almırlar. Artıq ay yarımdır ayrılmışam, amma hələ borcu qaytarmayıblar. Özbəkistana qayıtmaq istəyirəm, ancaq pulu vermədikləri üçün gedə bilmirəm”.

Qeyd edək ki, Şohrux Qadoyev “Keşlə”yə bu ilin yanvarında ölkəsinin “Bunyodkor” klubundan keçib. apasport.az

  •  (0)
  •  (0)