Kəskin istilər olacaq, fəlakətlər baş verəcək – Alimlərdən XƏBƏRDARLIQbackend

Kəskin istilər olacaq, fəlakətlər baş verəcək – Alimlərdən XƏBƏRDARLIQ

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin hesabatında qorxulu mənzərə öz əksini tapıb.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, “Qırmızı kodlu” hesabata görə, dünyadakı temperatur 2030-cu ilədək 1,5 dərəcə yüksələcək. Həmçinin, bütün dünyada yanğın, sel və fırtına kimi fəlakətlərin sayı artacaq.

66 ölkədən 234 alimin 5 illik çalışması nəticəsində hazırlanan hesabat təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında elan edilib.

Qeyd olunub ki, iqlimdə baş verən dəyişikliklər son bir neçə min il ərzində yaşanmayıb. Məsələn, dəniz səviyyəsinin yüksəlməsi prosesi son minilliklərdə bu qədər sürətli olmayıb.

Karbondioksit (CO2) və digər istixana qazları emissiyalarında güclü və davamlı azalmaların iqlim dəyişikliyini məhdudlaşdıracağı vurğulanan hesabatda, indiyə qədər nadir olan ekstremal hadisələrinin daha tez -tez baş verəcəyi də diqqətə çatdırılıb. Havanın temperaturunun artması isə adi hala çevriləcək.

  •  (0)
  •  (1)