Kərki və Qazaxın 7 kəndilə bağlı YENİ XƏBƏR: Ermənistan bu yollara NƏZARƏTİ İTİRİRbackend

Kərki və Qazaxın 7 kəndilə bağlı YENİ XƏBƏR: Ermənistan bu yollara NƏZARƏTİ İTİRİR

axçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə teleqram kanallarına istinadən “yerkramas” saytı yazıb.

Ermənilər bildirir ki, noyabrın 13-də Tiqranaşen (ermənilər Kərkini belə adlandırır) kənd yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb.

Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər.

Ermənilər isə bunun kəndin qaytarılmasına hazırlıq olduğunu deyir.

“Yerkramas” yazır ki, parlamentin iclasında Nikol Paşinyan kəndin qaytarılacağı ilə bağlı sualdan yayınıb.

“Əgər bu kəndlə bağlı heç bir razılaşma yoxdursa, Paşinyan niyə cavab vermir? Göründüyü kimi, cəmiyyətin şübhələri əbəs deyil”, – sayt qeyd edir.

Strateji əhəmiyyəti olan Kərkinin qaytarılması Azərbaycana bir sıra üstünlük qazandıracaq:

1. İrəvan-Qafan-Mehri-İran yolunun kənddən keçən hissəsi Azərbaycanın nəzərətinə keçəcək;
2. Bu kənd Ermənistanın Sünikə (Zəngəzur) girişi hesab olunur;
3. Gorus-Qafan-Mehri yolunun bir qismi artıq Azərbaycanın nəzarətindədir;

Qazaxın işğalda olan 7 kəndinin, xüsusilə anklav olan Barxudarlı və Aşağı Əskipara qaytarılması isə Ermənistanın Noyemberyan rayonu ilə İcevanı birləşdirən, Göyçəyə çıxış olan yola nəzarəti itirməsi deməkdir.

Beləliklə, Azərbaycan Ermənistanın əsas nəqliyyat mərkəzlərinin bir hissəsinə nəzarət imkanı qazana bilər.

  •  (0)
  •  (0)