Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi əraziyə baş çəkib.
Hokm.az xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib.
General-polkovnik həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.