Kərəm Həsənovun əmisi oğlu öldü – TƏFƏRRÜATbackend

Kərəm Həsənovun əmisi oğlu öldü – TƏFƏRRÜAT

Dünən Cəlilabad rayonu Alar kəndində ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Hokm.az Azsiyasət.com-a istinadən xəbər verir ki, ölən şəxslərdən biri – Həsənov Niyaməddin Gülməmməd oğlu Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun əmisi oğludur.N.Həsənov gecə ilə dəfn olunub.

Qəza nəticəsində ölən Həsənova Könül Səlim qızı isə rayonun Zubanlı kəndindəndir. Digər yaralı şəxslərdən də biri qadındır.

  •  (0)
  •  (1)