Kəramət Böyükçöldən xəbər var: Atası yanındadırbackend

Kəramət Böyükçöldən xəbər var: Atası yanındadır

“Kəramətin vəziyyəti yaxşıdır”.
Bunu qaynarinfo-ya açıqlamasında tanınmış yazar Kəramət Böyükçöllə onun kirayədə yaşadığı mənzildə saxlanılan Ramil Zeynalov deyib. O bildirib ki, Murad Köhnəqala da daxil olmaqla gecəni üçü bir yerdə – 28-ci polis bölməsində qalıblar:
“Gecəni şöbədə qaldıq, indi buraxdılar. Murad yanımdadır, evə gedirik. Kəramət yaxşıdır. Atası yanında idi, görüş vermişdilər”.
“Sizcə, Kəraməti buraxacaqlar” sualına Ramil Zeynalovun cavabı belə oldu:
“Bu gün yox…”
Qeyd edək ki, avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyiin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında Kəramət Böyükçöünl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanıldığını deyib.
  •  (0)
  •  (4)