Kənd sakinləri etiraza qalxdı – VİDEO – Açıqlama (Yenilənib)backend

Kənd sakinləri etiraza qalxdı – VİDEO – Açıqlama (Yenilənib)

26 aprel 20:12

Hokm.AZ xəbər verir ki, hadisə Ağsu rayonun Ləngəbiz kəndində baş verib. Şəhid ailəsinə və kənd caamatına qarşı haqsızlıq baş verib.

Kənd  caamatı  Sahibkar özbaşınalığı və Polis Rəisinin özbaşınalığına görə cənab Vilayət Eyvazov və Cənab prezident İlham Əliyevə müraciət etdi.

Xatırladaq ki, sonuncu nazirlərlə iclasda Cənab Prezident qeyd etmişdir ki məmur sahibkar özbaşınalığı olarsa prezidentə  bilidirilsin.

Həmin görüntüləri təqdim edirik:

26 may 17:06

__________________________________________________________________________________

Məsələ ilə bağlı 1 ay aralığdan sonra 26 may tarixində Ağsu RİH-dən Hokm.az-a göndərilən açıqlamanı sizlərə təqdim edirik:

Məlumat üçün bildiririk ki, Ağsu rayonu Ləngəbiz bələdiyyəsinin 02 fevral 2005-ci il tarixli 03 saylı qərarı ilə 200.0 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün Ağsu rayon sakini Niftalıyev Səxavət Surxay oğluna uzun müddətli icarəyə verilmişdir. İcarəçi Səxavət Niftalıyevlə Alxan Paşayev arasında 07 aprel 2020-ci il tarixdə subicarə müqaviləsi bağlanaraq A. Paşayevə məxsus qoyun sürüsünün 20 günlük otarılmasına icazə verilmişdir. A. Paşayev 17 aprel 2020-ci il tarixdə saat 18.00 radələrində qoyun sürüsünü həmin əraziyə apararkən bir qrup kənd sakini təşkil olunmuş formada xüsusi karantin rejiminin tələblərini pozaraq, qarşısına çıxaraq etirazlarını bildirmişlər.

İcra nümayəndəsi və bələdiyyə sədri tərəfindən etirazçılara bu sahənin kənddən 10-12 km uzaqlıqda olması, bağlanılmış müqavilə əsasında icarədə olan torpağa aparılması bildirilsə də nəticəsi olmamışdır. İcra nümayəndəliyi tərəfindən rayon Polis şöbəsinə verilmiş məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşları kənd sakinləri ilə bir daha izahatedici söhbətlər aparmışlar. Vətəndaşlara qanun çərçivəsində hərəkət etmələri xahiş edilmiş və bunun da nəticəsi olmamışdır.

Odur ki, polisin əmrinə tabe olmama və xüsusi karantin rejimi qaydalarını pozma ilə bağlı 16 nəfər kənd sakini rayon Polis şöbəsinə gətirilmişdir. Araşdırma materiallarında onlar verdikləri izahatlarında səhv etdiklərini etiraf etmişlər. Nəticədə hadisənin təşkilatçılarından 5 nəfərinə məhkəmənin müvafiq qərarı ilə 10 sutka həbs qəti imkan tədbiri seçilmiş, 11 nəfəri isə inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə edilmişdir.

  •  (4)
  •  (8)