Kəmaləddin Heydərovun avtomobili qayda pozub, qəza törətdi – VİDEObackend

Kəmaləddin Heydərovun avtomobili qayda pozub, qəza törətdi – VİDEO

Mayın 20-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus xidməti avtomobil Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qəza törədib.

Nazirə məxsus “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığında keçərək “Maserati”yə çırpılıb.

Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qanunvericiliyə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 3 bal və 60 manat cərimə yazılır. (Pravda.az)

  •  (1)
  •  (1)