Kəmaləddin Heydərov Sabir Bağırova vəzifə verdibackend

Kəmaləddin Heydərov Sabir Bağırova vəzifə verdi

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin edib.

Hokm.az-ın xəbərinə görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə ləğv olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin sabiq rəisi Bağırov Sabir Nadir oğlu nazirin köməkçisi təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Bu qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.Qaynarinfo

  •  (0)
  •  (0)