“Kəmaləddin Heydərov öz bacanağına 300 min manatlıq tender verdi”backend

“Kəmaləddin Heydərov öz bacanağına 300 min manatlıq tender verdi”

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun öz bacanağını tenderdə qalib etməsi ilə bağlı məlumat yayılıb.

Hokm.az xəbər verir ki, bu barədə xaricdə yaşayan jurnalist Həbib Müntəzir məlumat yayıb. O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin tenderi müsabiqəsinin qalibi olan “CBS-PP” MMC şirkəti nazir Kəmaləddin Heydərovun bacanağı Hikmət İsmayılova məxsussdur:

“FHN-nin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “CBS-PP” MMC adlı şirkət olub. Şirkət idarəyə 300 min manatlıq mətbəə məhsulları satacaq. Şirkətin rəhbəri kim olsa yaxşıdır? Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı Hikmət Əbuzər oğlu İsmayılov. O həmçinin “AFB Bank” ASC və “AzSigorta” ASC-nin əsas səhmdarıdır”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

  •  (0)
  •  (0)