Kəlbəcərdə iki hərbi qulluqçumuz həlak oldu – RƏSMİbackend

Kəlbəcərdə iki hərbi qulluqçumuz həlak oldu – RƏSMİ

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)