Keçmiş SSRİ-də təhsil aldı, ölkəsində ilk qadın prezident seçildibackend

Keçmiş SSRİ-də təhsil aldı, ölkəsində ilk qadın prezident seçildi

Noyabrın 27-də keçirilən prezident seçkilərində Namibiyanın vitse-prezidenti və hakim partiya olan SVAPO – Namibiya Cənub-Qərbi Afrika Xalq Təşkilatının namizədi Netumbo Nandi-Ndaitva qalib gəlib.

Hokm.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə seçki komissiyası təqdim edilmiş bütün bülletenləri emal etdikdən sonra məlumat yayıb.

Seçki komissiyasının məlumatlarında qeyd edilib ki, Nandi-Ndaitwa 57% səs toplayıb.

O, ölkəsində ilk qadın prezident olub. Namibiyanı əvvəllər heç vaxt qadın idarə etməyib.

Prezident seçkilərində 15 namizəd iştirak edib. Birinci turda qalib gəlmək üçün onlardan birinin 50+1% səs toplaması lazım idi.

72 yaşlı Nandi-Ndaitva Afrikanın ən təcrübəli siyasətçilərindən biridir. SSRİ-də təhsil alıb və “Kommunist gənclər hərəkatının işi və təcrübəsi” ixtisası üzrə diplom alıb. Sonrakı illərdə Nandi-Ndaitva müxtəlif dövlət vəzifələrində çalışıb və eyni zamanda parlament üzvü olub.

  •  (0)
  •  (0)