Mingəçevir və Zərdab Rayon İcra hakimiyyətlərinin keçmiş başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadə atasının vəzifəsindən azad edilməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb.
Gundem.az-ın məlumatına görə, Babəli Babazadə ötən il Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО ЛИГА-СТРОЙ) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib.
“Liqa-Stroy” Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi isə Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir.
Şahin