Keçmiş icra başçısı həbs olundu?backend

Keçmiş icra başçısı həbs olundu?

Hokm.az xəbər verir ki, Tia.az-ın əldə etdiyi məlumatlara görə Gəncə şəhər Nizami rayonunun keçmiş İcra başçısı Məharət Mustafayev həbs olunub.

Qeyd edək ki, 2011-2014-cü illərdə icra başçısı olan Məharət Mustafayev 2016-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışıb. Vəzifədə olduğu müddət ərzində Gəncə şəhərində mülkiyyət, torpaq satışı məsələləri yalnız Məharət Mustafayevin “monopoliyasında” olub. Onun adı Gəncədə qanunsuz torpaq satışında, digər qanunsuz əməllərdə dəfələrlə hallanıb.

Redaksiyamızın əldə etdiyi məlumata görə Məharət Mustafayev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Məlumat üçün bildirək ki, Gəncənin keçmiş İcra başçısı Elmar Vəliyevin “sağ əli” kimi tanınırdı.

 

  •  (0)
  •  (0)