Keçmiş həyat yoldaşı ilə sevgilisini güllələdi – Ürəyi soyumayıb 4 yaşlı qızını da yaraladı – VİDEObackend

Keçmiş həyat yoldaşı ilə sevgilisini güllələdi - Ürəyi soyumayıb 4 yaşlı qızını da yaraladı

Ankarada Salih Ö. adlı şəxs keçmiş həyat yoldaşı Ebru Yüksel və onun sevgilisi Mustafa D-ni amansızcasına güllələyib. Ardınca da hadisə yerində olan 4 yaşlı qızı güllə ilə yaralayıb.

Hokm.az Milli.Az-a istinadən xəbər verir ki, Saleh O. daha sonra eyni silahı başına tutaraq intihara cəhd edib. Xəstəxanaya aparılan Ebru Yüksel vəfat edib.

İddialara görə, 38 yaşlı Salih Ö. keçmiş həyat yoldaşı 33 yaşlı Ebru Yüksel və sevgilisi Mustafa D. ilə mübahisə edib. Başından yaralanan Mustafa D. və körpə İsra Ö-nin vəziyyətinin normal olduğu, qatilin isə həyatına təhlükə olduğu bildirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

  •  (0)
  •  (0)