Keçmiş əri tərəfindən döyülən qadının şikayətinə baxılmır? – AÇIQLAMAbackend

Keçmiş əri tərəfindən döyülən qadının şikayətinə baxılmır? – AÇIQLAMA

Gəncə şəhər sakini Ləman Namazova keçmiş əri tərəfindən döyüldüyünü və şikayətinə baxılmadığını bildirib.

O, bu barədə sosial şəbəkələrdə məlumat verib.

Daxili İşlər Nazirliyi L.Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə əlaqədar şikayətinə baxılmaması barədə iddialara aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Gəncə şəhər sakini L.Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyev tərəfindən döyülməsi barədə məlumat verib:

“Müraciət ilə bağlı RPİ-nin əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülərək araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılaraq baxılması üçün Gəncə ŞBP-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib. Belə ki,o, CM-nin 157-ci maddəsi (Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinib və sözügedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib”.

“Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanunamüvafiq qərar qəbul ediləcək”, – deyə E.Qasımov qeyd edib.

  •  (0)
  •  (0)