Kasıblıq gətirən əməllər və Var-dövlətin çoxalmasına səbəb olan əməllər bunlardı…Bunu hər gün edirik bilmədən…backend

Kasıblıq gətirən əməllər və Var-dövlətin çoxalmasına səbəb olan əməllər bunlardı…Bunu hər gün edirik bilmədən…

Hokm.az islam.az-a istinadən bildirir ki, İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət edilib ki, bir neçə əməl kasıblığa səbəb olar, bəzi əməllər də ruzini artırar.
Kasıblıq gətirən əməllər bunlardır:
– evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq),
– hamamda çimərkən sidik ifraz etmək,
– cənabətli halda yemək,
– ayaq üstə saç daramaq,
– süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq,
– yalandan and içmək,
– zina etmək,
– acgözlük etmək,
– şam və xüftən namazlarının arasında yatmaq,
– sübhdən sonra, Günəş çıxmazdan əvvəl yatmaq,
– çoxlu yalan danışmaq,
– ğinaya (haram musiqiyə) qulaq asmaq,
– axşam dilənən dilənçiyə heç nə verməmək,
– yaşayış xərcini həddən artıq çoxaltmaq (israf etmək)
– yaxınlarla (qohumlarla) pis rəftar etmək.
Var-dövlətin çoxalmasına səbəb olan əməllər isə aşağıdakılardır:
– sübh namazından və əsr namazından sonra təqibat (dua) oxumaq,
– yaxınlara yaxşılıq və ehsan etmək,
– evin həyətini süpürmək,
– öz malını mömin qardaşlarla bölüşmək,
– səhər tezdən ruzi dalınca getmək,
– çoxlu istiğfar etmək (yəni günahlarını bağışlamaq üçün Allaha yalvarmaq),
– camaatın əmlakına xəyanət etməmək,
– düzgün və haqq söz danışmaq,
– müəzzinin (azan verənin) ardınca azanın sözlərini təkrar etmək,
– ayaqyolunda danışmamaq,
– dünyaya həris olmamaq,
– nemət verənə (həm Allaha, həm də ehsan edən insanlara) təşəkkür etmək,
– yalan yerə and içməkdən çəkinmək,
– yeməkdən qabaq əlləri yumaq,
– süfrədə qalmış qırıntıları toplayıb yemək.

  •  (1)
  •  (0)