ABŞ-ın Los-Anceles şəhərində yaşayan Cennifer Pamplona Amerika TV ulduzu Kim Kardaşyana bənzəmək üçün plastik əməliyyatlara 500 min dollardan çox pul xərcləyib, amma son nəticə onu dəhşətə gətirib.
“Qafqazinfo”nun “Caters News Agency”yə istinadən məlumatına görə, 27 yaşlı qız 20-dən çox tibbi prosedur və plastik əməliyyat keçirib. O, 8 qabırğasını çıxartdırıb, yanaq və sinəsini, eləcə də 8 dəfə yan və ombasını böyüdüb, bir neçə dəfə rinoplastika və liposaksiya etdirib, üzünü dartdırıb.
Lakin sonuncu, dodaq böyütmə prosedurundan sonra Cennifer dəhşətə gəlib.
Qadın fillerlərdən qurtulmaq üçün yenidən klinikaya müraciət etməli olub. İndi onun dodaqları dartılmış və qırışmış vəziyyətdədir.


Hokm.az
















