Azərbaycan idmançıları Xorvatiyanın Umaq şəhərində 21 yaşlıların WKF Kuboku (Dünya Karate Federasiyası) turniri və Gənclər Liqası yarışında müxtəlif medallara sahib olublar.
Azərbaycan Milli Karate Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, karateçilərimiz Hümmət Baxşəliyev (-67 kq) yuxarı yaşlılarda qızıl medal, Ramil Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) isə liqada bürünc mükafat qazanıb.
Yarışın ilk günü WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (-50 kq) isə üçüncü yeri tutub.


Hokm.az
















