Tanınmış aktyorun intihar səbəbi məlum olub.
Hokm.az Milli.Az-a istinadla xəbər verir ki, 26 yaşlı aktyor Luke Westlake karantin vaxtı özünü asaraq intihar edib. Aktyor özünü öldürməzdən əvvəl keçmiş sevgilisinə mesaj yazaraq intihar edəcəyini bildirib.
BBC-nin məşhur “Luther” serialının aktyoru Luke Westlake-in karantinə görə keçirdiyi stress səbəbindən intihar etdiyi aşkarlanıb.

Belə ki, məhkəmədə bildirib ki, keçən il iki dəfə işsizliyə görə intihara cəhd edən aktyor 3-cü qapanmada özünü öldürüb.
Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bir sıra ölkələrdə dəfələrlə sərt karantin rejimi tətbiq olunub.
















