Karantinla bağlı ÇOX VACİB XƏBƏR – Operativ Qərargahın qərarı…?backend

Karantinla bağlı ÇOX VACİB XƏBƏR – Operativ Qərargahın qərarı…?

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək təyin edilib.

Müddətin başa çatmasına 4 gün qalıb. Bir çox ekspertlər, millət vəkilləri karantin rejiminin ləğv olunmasını, karantin qaydalarına nəzarətin artırılmasını təklif edirlər.

Hokm.az xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən professor Adil Qeybulla karantin rejiminin uzadılmasının artıq effektiv olmayacağını bildirib:

“Operativ Qərargahın karantinlə bağlı hələlik qərarı məlum deyil. Artıq karantin rejiminin uzatmağın mənası yoxdur. Əksinə yumşaldılma daha da genişlənməli, qapalı məkanların da açılmasını həyata keçirmək lazımdır. Amma əlbəttə ki, karantin davranışlarına əməl etmək və buna nəzarəti artırmaq şərti ilə. Çünki bu virusla mübarizədə əsas şərt karantin davranışlarına əməl olunmasıdır. Əgər insanlar buna əməl edərsə, o zaman virusla yaşamaq o qədər də çətin olmayacaq”.

  •  (2)
  •  (1)