Karantinə görə yazılan cəriməni polisin yerində məcburi ödətdirməsi – QANUNSUZDURbackend

Karantinə görə yazılan cəriməni polisin yerində məcburi ödətdirməsi – QANUNSUZDUR

Karantin qaydalarını pozan şəxslərə yazılan inzibati cərimələrin, həmin şəxslərdən polis orqanında məcburi ödəniş tələb edilməsi ilə bağlı iddialara Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

DİN-in mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyev avtosfer.az-a açıqlama verərək bildirib ki, inzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra onun barəsində protokol tərtib olunaraq sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir.

  •  (0)
  •  (0)