“Karantin yumşaldıqca intihar halları da artacaq” – Psixoloqbackend

“Karantin yumşaldıqca intihar halları da artacaq” – Psixoloq

“Karantin yumşaldıqca intihar halları da artacaq”.
Bu sözləri sfera.az-a açıqlamasında karantin məhdudiyyətlərinin uzanmasının intihar sayının artmasına rəvac verdiyi barədə deyilən fikrilərə münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib:
Sərt karantin rejimində insanların bütün diqqəti COVİD-19-dan qorunmağa yönəlmişdi.  İnsanlar həmin dövrdə daha çox çalışırdı ki, koronavirusa yoluxmasınlar. Karantin rejimi yumşalmağa doğru getdikdə, COVİD-19 həyatımızdan çıxdıqca isə, intiharlar, ailə daxili konflikt və zorakılıqlar, insanlardakı psixoloji narahatçılıq artmağa başladı. Bunun özünün də səbəbləri var”.
Həmsöhbətimiz qeyd etdi ki, virusla mübarizədə və müharibə dövründə insanların əsas diqqəti bu iki məsələyə yönəldiyindən, intihara meyllilik arxa plana keçmişdi:
“Çünki dünənə qədər bütün insanlarımızın diqqəti yoluxmamaq və sağ qalmağa yönəlmişdi. Eyni prosesi 44 günlük müharibə dönəmində də müşahidə etdik. Bu dövrdə də bütün diqqət müharibəyə, qələbə qazanmağa yönəldiyindən, intiharların sayı, ailə daxili konfliktlər də azaldı. Ona görə ki, müharibə zamanı da düşmənlə vuruşurduq, bu mənada COVİD-19-da düşməndir. Yəni bu prosesdə insanın bütün diqqəti xəstəliyə yönəldiyindən intiharlar və digər neqativ düşüncələrin hamısı arxa planda qalır. Lakin karantin yumşaldıqca, həyat əvvəlki halına qayıtdıqca intihar halları da intensivləşəcək”.
Psixoloq bildirdi ki, intihar hadisələri mətbuatda xüsusi çılpaqlığı ilə verilməməlidir:
“Bu məsələdə diqqətli olmaq lazımdır. Elə ölkələr var ki, bu cür xəbərlərin verilməsinə qadağa qoyulub.  Azərbaycanda isə nəinki xəbər verilir, hətta bu barədə tamam başqa istiqamətlərdə müzakirələr belə aparılır”.
  •  (0)
  •  (0)