Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi avqustun 31-nə qədər uzadılıb. Azərbaycan Respublikasının Prezidenti keçirdiyi görüşlərdə və iclaslarda 2020-ci il üçün proqnozlaşdırılan sosial layihələrin heç birinin ləğv edilməyəcəyini vurğulayıb. Karantin rejimi bitdikdən sonra sentyabr-oktyabr aylarında Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?
Bununla bağlı konkret.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, pandemiya ilə bağlı bütün dünyanın eləcə də Azərbaycan iqtisadiyyatında müəyyən gərginliklər yaranıb: “Azərbaycan iqtisadiyyatında olan gərginlik ciddi deyil. Bizim gəlirlərimiz o qədər də çox azalmayıb. Əslində büdcə gəlirləri proqnozlaşdırdığımızdan da artıqdır. Bu onu deməyə əsas verir ki, cənab Prezidentin söylədiyi kimi sosial layihələrin icrası davam etdiriləcək. Çünki 2015-ci ildə gərgin iqtisadi krizis olmasına baxmayaraq, bütün sosial layihələr icra edildi. Bu ildə sosial layihələrin icra edilməsi ilə bağlı heç bir problem yoxdur. Sadəcə əmək haqqlarının, pensiyaların, təqaüdlərin artırılması isə büdcə gəlirlərinə uyğun olaraq həyata keçirilməsi mümkündür”.
















