Karantin rejimi ilə bağlı – AÇIQLAMAbackend

Karantin rejimi ilə bağlı – AÇIQLAMA

Karantin rejimi ilə bağlı – AÇIQLAMA…..

“Xüsusi karantin rejimininin yumşaldılması əhali arasında korona virus təhlükəsinin sovuşması anlamına gəlmir.​ Əhali mövcud vəziyyəti daha düzgün qiymətləndirməli, qaydalara riayət etməli və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dərk etməlidir. Əks halda virusa yoluxmada artım günü-gündən sürətlənə və prosesin ikinci dalğası başlaya bilər”.

Hokm.azın Pravda.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, hazırda ölkəmizdə 500-ə yaxın insan koronavirusa görə müalicə alır: “Bir neçə gün öncə yoluxma faktı təxminən 20 üzərində idi, növbəti gün isə bu rəqəmlər 2 dəfə artdı. Bu ciddi siqnaldır. Əhali zəruri olmadığı hallarda da sms vasitəsilə icazə alıb müxtəlif məqsədlərə görə şəhərə çıxır. Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli, tövsiyələri nəzərə almalıdırlar. Bunun məntiqi davamı kimi əhali də anlamalıdır ki, bu xəstəliyin qısa zaman ərzində başa çatması qeyri-mümkündür, çünki bu zaman tələb edən uzunmüddətli bir prosesdir.

Millət vəkili qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ilk gündən Azərbaycanda koronavirusla mübarizə istiqamətində ən effektiv addımlar atılır: “Bunun nəticəsidir ki, digər dövlətlərlə nisbətdə ölkəmiz mövcud bəladan az itkilərlə çıxır. Xalqımız ilk günlərdən birlik nümayiş etdirdi. Cənab Prezidentin “məsuliyyətli olmalıyıq” çağırışını xalqımız vətəndaşlıq məsuliyyəti kimi qəbul etdi, bu çağırışlara qoşuldu, buna görə də koronavirusla mübarizədə müsbət tendensiya nümayiş olunur, lakin biz mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməliyik, əks halda hələ də davam etdirməliyik, əks halda xüsusi karantin rejiminin təkrar sərtləşdirilməsi ehtimalı daha yüksək olacaq”.

  •  (1)
  •  (0)