Karantin qaydalarını pozan obyektlər aşkarlandı: 17 nəfər CƏRİMƏLƏNDİbackend

Karantin qaydalarını pozan obyektlər aşkarlandı: 17 nəfər CƏRİMƏLƏNDİ

Masallıda karantin qaydalarını pozan obyektlər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir istirahət mərkəzi və bir çay evinin karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 17 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

  •  (0)
  •  (0)