Kapitan Ziya Kazımovun səhhətində problem yaranıbbackend

Kapitan Ziya Kazımovun səhhətində problem yaranıb

Vətən Müharibəsi iştirakçısı, kapitan Ziya Kazımovun səhhətində problem var.

Hokm.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs səhhətində yaranmış problemlərə görə psixiatr Fuad Bəşirovun qəbulunda olub. Kapitanın həkim nəzarətində olması vacibdir.

Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi. Daha sonra isə ev dustaqlığına buraxıldı.

Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.

  •  (0)
  •  (0)