Kanalda boğularaq ölən Poladın 11 gün əvvəl bir yaşı olub- FOTObackend

Kanalda boğularaq ölən Poladın 11 gün əvvəl bir yaşı olub -  FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Biləsuvarda ana azyaşlı körpəsini və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib.

Hokm.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı bəzi təfərrüatı öyrənib.

Belə ki, hadisə bu gün səhər 07:00 radələrində baş verib.

Uşağın anası, 1991-ci il təvəllüdlü Gülər İmanzadə Nəsimikənd kəndindəndir. O, İsmətli kəndinin sakini, 1994-cü il təvəllüdlü Nəzərli Hökuməli Əli oğlu ilə ailə həyatı qurub.

Kanalda boğularaq ölən Polad onların nikahından olan tək övladdır. Avqustun 3-də bir yaşı tamam olub.

Gülərin qayınatasının sözlərinə görə, atasıgildə qonaq olan gəlini dünən evə gəlib.

Qeyd edək ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Ana şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

  •  (0)
  •  (2)