Kanadada təyyarə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.
Bu barədə CBC məlumat yayıb.
Məlumata görə, hadisə Toronto şəhərinin beynəlxalq aeroportunda, gecə saatlarında baş verib. “Bombardier DHC – 8-300” təyyarəsi pis hava səbəbindən hava limanına qayıdarkən yanacaq daşıyan yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 3 ekipaj üzvü və 2 sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. (report)
Hokm.az
















