“Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək”backend

“Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək”

“Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək”

Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında  “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edildi. Qeyd edim ki, yen Baş prokuror vəzifəsinə ölkə Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə  Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürülmüşdü. Təbii ki, Milli Məclis də məsələni müzakirədən keçirərək, müsbət münasibətini ifadə edərək, Kamran Əliyevin namizədliyinə razılığını bildirdi. Şəxsən mən də bir millət vəkili olaraq, istər Kamran Əliyevin Baş prokurorluğa namizədliyinin irəli sürülməsinə, istərsə də, Milli Məclisin razılığından sonra ölkə Prezidentinin bununla bağlı Sərəncamına çox müsbət yanaşıram.

Hokm.az bildirir ki, bu fikirləri Faktor.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Çünki Kamran Əliyev bu vəzifəyə doğrudan da, çox layiqli namizəddir. Kamran müəllimlə ilk dəfə Xaçmaz rayonunda keçirilən regional müşavirəsində görmüş və tanış olmuşdum. Onu çox sadə, çox səmimi, dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqına, ölkə Prezidentinə çox sadiq və sədaqətli insan kimi tanımışdım və bu mövqeyimdə də qalıram. Odur ki, Kamran Əliyevi ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsi münasibəti ilə həm öz adımdan, həm də xaçmazlılar adından təbrik edir, ona yeni vəzifəsində, növbəti işlərində uğurlar arzulayıram. İnanıram və əminəm ki, peşəkar hüquqşünas, prokurorluq orqanlarında uzun və şərəfli bir yol keçmiş insan kimi,  Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək, ona göstərilən etimadı tam doğruldacaq. Kamran Əliyevdə bu potensial, bu qabiliyyət, bu bacarıq var…

Eyni zamanda, ölkə Prezidentinin Kamran Əliyevi videoformatda qəbul zamanı dedikləri hər bir kəsin, eyni zamanda, ölkədə qanunların və qanunçuluğun təmin olunmasında birbaşa cavabdehlik daşıyan prokurorluq orqanlarının fəaliyyətində başlıca-ana xətti təşkil edəcək.

Hər bir kəs, o cümlədən, prokurorluq əməkdaşları ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri, tələb və tövsiyələri öz fəaliyyətlərində rəhbər tutacaqlar. Xüsusilə də, rüşvətxorluğa, korrupsiyaya, dövlət əmlakının mənimsənilməsinə və bu kimi digər neqativ hallara qarşı mübarizədə daha böyük prinsipiallıq, daha böyük əzmkarlıq və daha böyük qətiyyətlilik nümayiş etdiriləcək. Hansı vəzifəni daşımasından, hansı vəzifədə əyləşməsindən asılı olmayaraq, hər bir kəsə qarşı eyni münasibət sərgilənəcək, səhlənkarlığa, nöqsanlara, ciddi səhvlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək, hər kəsə qanunun gücü tanıdılacaq. Çünki Azərbaycan qanunlarla idarə olunan hüquqi-demokratik ölkədir və digər istiqamətlərdə olduğu kimi, hüquq müstəvisində, hüquq sahəsində  aparılan islahatlar bundan sonra da davam etdiriləcək və geridönməz xarakter alacaq…

Ölkə Prezidentin qeyd etdiyi kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk.

Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var”-deyə, fikirlərinə davam edən dövlət başçısı həmçinin ümid etdiyini bildirdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq…Şəxsən mən də inanıram ki, Respubluka Prokorurluğu onun qarşısında qoyulan bu vəzifələrin öhdəsindən gəlməyi bacaraq, Azərbaycanda qanunçuluğun təmin olunması və möhkəmləndirilməsi prosesinə öz töhfələrini verə biləcək.

Bu məsələlərdə xalq olaraq öz köməyimizi, dəstəyimizi də əsirgəməməliyik və əsirgəməyəcəyik. Azərbaycan bizim hamımızın evidir və hamımız bu evin huzuru, möhkəmliyi, səadəti, əbədiliyi  üçün öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik, bu, bizim insanlıq, vətəndaşlıq borcumuzdur. Ona görə inanıram, əminəm ki, biz birlikdə qalib olacağıq, biz birlikdə hər şeyin öhdəsindən gələcəyik.

  •  (1)
  •  (1)