Kamil Zeynallı ilə bağlı AÇIQLAMAbackend

Kamil Zeynallı ilə bağlı AÇIQLAMA

Kamil Zeynallı ilə bağlı AÇIQLAMA….

Kamil Zeynallının karantin qaydalarını pozduğuna görə 10 sutka həbs edildiyi deyilir. Nəyin baş verdiyini dəqiq bilmirəm, qanun qarşısında hamının bərabər olduğunu da anlayıram. Əgər Kamil karantin qaydalarını pozubsa ona bunun yolverilməz olduğunu xəbərdarlıq etməklə həbssiz cəza da verilə bilərdi.

Baş verənlərə etiraz edib bildirirəm ki, bu addım insanlarda son dövlər baş qaldıran insanlıq, yardımlaşma, qarşılıqlı anlayış, mərhəmət hisslərini öldürmək və uzun illər təbliğ edilən manqurtlaşma prosesini davam etdirməkdir.

Hakimiyyət rəsmiləri buna təcili münasibət bildirməlidirlər.

Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidenti bir neçə dəfə ehtiyacı olan insanlara yardım edənlərə təşəkkür etmişdi.pravda.az

Aslan İsmayılov

Hüquqşünas

  •  (1)
  •  (1)