Kalın Sallivanla Qafqazdan danışdı: “Sülh üçün səylər davam etdirilməlidir”backend

Kalın Sallivanla Qafqazdan danışdı: “Sülh üçün səylər davam etdirilməlidir”

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında Ağ Evdə görüş keçirilib.

Hokm.az “Haber 7″yə istinadla xəbər verir ki, görüşdə Qafqazdakı son vəziyyət müzakirə olunub. Regional sülh və sabitlik üçün çoxtərəfli səylərin davam etməsinin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin ikitərəfli əlaqələr, koronavirus pandemiyası və qlobal iqlim dəyişiklikləri ilə yanaşı, Əfqanıstan, Suriya, İraq, Liviya, Kipr, Şərqi Aralıq dənizi, eləcə də, digər regional məsələlər müzakirə olunub.

  •  (0)
  •  (0)