Kainatın daha bir sirri açılır – Kosmik aparat məlumat göndərdibackend

Kainatın daha bir sirri açılır – Kosmik aparat məlumat göndərdi

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Voyager-1” kosmik gəmisi kainatın başqa bir sirrinin açılmasına səbəb ola bilər.

Hokm.az xəbər verir ki, Yer kürəsindən 22.5 milyard kilometr məsafədə olan kosmik aparat planetimizə ulduzlararası qazın uğultusunu ortaya çıxaran məlumat göndərib.

Açıqlamada səs “çox zəif və monoton” adlandırılıb.

ABŞ-ın nüfuzlu Kornell Universitetinin alimləri bunun ulduzlararası boşluqdan gələn “uğultu” olduğunu söyləyiblər.

Kosmik aparat 44 il əvvəl Günəş sistemindəki “qaz nəhəngləri”ni öyrənmək üçün kosmosa qaldırılıb.teleqraf.com

  •  (0)
  •  (0)